Nazir müavinləri

Nazir / Nazir müavinləri / Kollegiya üzvləri

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirinin müavini 

Yəhya Musa oğlu Musayev

1959-cu ildə Bakı şəhərində anadan olub.
1983-cü ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib.
1979-1980-ci illərdə fəhlə işləyib.
1980-1982-ci illərdə «Azneftyoltikintitəmir» trestində mühəndis, iqtisadçı işləyib.
1982-1983-cü illərdə 26 Bakı komissarı adına Neftqazçıxarma İdarəsinin Tikinti Quraşdırma İdarəsində baş mühasib işləyib.
1983-1985-ci illərdə 26 Bakı komissarı adına Neftqazçıxarma İdarəsində baş mühasib işləyib.
1985-1994-cü illərdə Ə.C.Əmirov adına Neftqazçıxarma İdarəsində baş mühasib işləyib.
1994-2003-cü illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Quruda Neft və Qazçıxarma İstehsalat Birliyində baş mühasib işləyib.
2003-2004-cü illərdə  Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Azneft» İstehsalat Birliyində İqtisadiyyat-maliyyə və mühasibat uçotu idarəsinin rəisi işləyib.
2004-2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin  «Azneft» İstehsalat Birliyində baş direktorun müşaviri işləyib.
Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2006-cı il tarixli Sərəncamı ilə müdafiə sənayesi nazirinin müavini təyin edilib.
Ailəlidir, bir oğlu var.

Azərbaycan Respublikası Prezidentinin 11 dekabr 2012-ci il tarixli Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib.

 

 

 

 

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirinin müavini

Tofiq Yusuf oğlu Rəfiyev

1942-ci ildə Bakı şəhərində anadan olub.
1965- ci ildə Azərbaycan Dövlət Universitetini bitirib.
1969-cu ildə SSRİ Elmlər Akademiyasının A.İoffe adına Leninqrad Fizika-Texniki İnstitutunun aspiranturasını bitirib.
1961-1966-cı illərdə Azərbaycan Dövlət Universitetində radiotexnik, baş laborant, laboratoriya müdiri işləyib.
1970-1972-ci illərdə Fizika İnstitutunda laborant, mühəndis işləyib.
1972-1976-cı illərdə SSRİ  HSK-nın «Azon» zavodunda böyük mühəndis, konstruktor, aparıcı mühəndis işləyib.
1976-1981-ci illərdə Partiya işlərində çalışıb.
1981-1992-cı illərdə SSRİ  HSK-nın Elektron Hesablayıcı Maşınlar, Bakı Radio və «Alunit» zavodlarında istehsalat şöbəsinin rəisi, xüsusi konstruktor bürosunun rəis müavini, baş mühəndis vəzifələrində işləyib.
1992-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Müdafiə sənayesi idarəsində şöbə rəisi işləyib.
1992-2001-ci illərdə Azərbaycan Ordusunda hərbi xidmətdə olub.
2001-2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsində sədr köməkçisi, şöbə müdiri işləyib.
2006-cı ildə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyində şöbə müdiri işləyib.
Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2006-cı il tarixli Sərəncamı ilə müdafiə sənayesi nazirinin müavini təyin edilib.
Ailəlidir, 2 qızı var.

Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2011-ci il tarixli Sərəncamı ilə "Əməkdar Dövlət Qulluqqcusu" fəxri adı verilib.