Nazir

Azərbaycan Respublikasının Müdafiə Sənayesi Naziri

Yavər Talıb oğlu Camalov

 

1949-cu ildə Sabirabad rayonunda anadan olub.

1972-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu bitirib.

1972-ci ildə "Siyəzənneft" Neftqazçıxarma idarəsində operator işləyib.

1972-1989-cu illərdə "Şirvanneft" Neftqazçıxarma idarəsində operator, mühəndis, böyük mühəndis, növbə rəisi, rayon mühəndis-texnoloji xidməti rəisinin müavini, baş mühəndis-sex rəisinin müavini, NQÇİ-nin baş mühəndisi işləyib.

1989-1995-ci illərdə "Şirvanneft" Neftqazçıxarma idarəsinin rəisi işləyib.

1995-2003-cü illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Quruda Neftqazçıxarma İstehsalat Birliyinin baş direktoru işləyib.

2003-2006-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin  "Azneft" İstehsalat Birliyinin baş direktoru işləyib.

Azərbaycan Respublikası Prezidentinin 18 mart 2006- cı il tarixli Sərəncamı ilə müdafiə sənayesi naziri təyin edilib.
Ailəlidir, üç oğlu var.

Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr 2005-ci il tarixli Sərəncamı ilə "Əməkdar mühəndis" fəxri adına layiq görülüb.
Azərbaycan Respublikası Prezidentinin 16 oktyabr 2009-cu il tarixli Sərəncamı ilə "Şöhrət" ordeni ilə fəltif olunub.