İstifadə qaydaları

HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!


Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi öz internet səhifəsinin “Onlayn – müraciət” bölməsi vasitəsilə hər bir istifadəçiyə təklif, ərizə, şikayət (o cümlədən etik şikayət) və sorğu ilə bağlı müraciət etmək imkanı yaradır.

Nazirliyin internet ünvanına elektron müraciət göndərməzdən əvvəl, xahiş edirik qaydalarla tanış olun.

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin internet səhifəsi vasitəsi ilə elektron formada göndərilmiş müraciətlər Nazirliyinin Ümumi şöbəsinə daxil olur və Azərbaycan Respublikasının “Vətəndaşların müraciətləri haqqında” 30.09.2015-ci il tarixli, 1308-IQ nömrəli, “İnformasiya əldə etmək haqqında 2005-ci il 30 sentyabr tarixli 1024 IIQ nömrəli  Qanunlarına, habelə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli, 950 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası”na uyğun olaraq qeydiyyata alınır və baxılır.

  • Onlayn müraciət Müdafiə Sənayesi Nazirliyinin rəhbərliyinə (müdafiə sənayesi nazirinə və onun müavinlərinə) onlayn qaydada təklif, ərizə, şikayət (o cümlədən etik şikayət) və sorğuların göndərilməsini və cavablandırılmasını əhatə edir.
  • Mətn yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir.
  • Sənədlər elektron fayl şəkilində doc (docx), pdf ya da jpg (jpeg) formatlarında və hər birinin həcmi 2 Mb-dan artıq olmamaq şərtilə qəbul olunur.
  • Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.
  • Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.
  • Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.
  • Bu xidmət istifadəçilər üçün daim açıqdır və müraciət edilməsi hər hansı qaydada məhdudlaşdırılmır.
  • Xidmət internet ünvanında yaradılmış və real vaxt rejimində formanın doldurulması ilə formalaşır. Doldurulmuş forma qəbul edildikdən sonra Nazirliyin informasiya sistemində qeydiyyata düşür. Müraciətə qanunvericiliklə müəyyən edilmiş müddət ərzində baxıldıqdan sonra bu barədə müraciət edənə əsaslandırılmış cavab göndərilir.
  • Xidmətin yerinə yetirilməsinə nəzarəti Müdafiə Sənayesi Nazirliyinin rəhbəri həyata keçirir.
  • İstifadəçi onlayn müraciətlə bağlı onu razı salmayan istənilən məsələ barədə Nazirliyə və daha yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) şikayət verə bilər.
  • Şikayət kağız üzərində və ya elektron qaydada tərtib olunur. Kağız üzərində şikayət Nazirliyin poçt ünvanına, elektron şikayət info@mdi.gov.az elektron poçt ünvanına göndərilməlidir.
  • Onlayn müraciət aşağıdakı internet ünvanı üzərindən təqdim olunur.
    http://www.mdi.gov.az/
    Əlaqə : tel: +(994 12) 510 63 47, e-mail info@mdi.gov.az